× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

“ABAD” 6 yaşını qeyd edir

“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.Ötən müddət ərzində “ABAD” öz fəaliyyətini baş ofis və altı regional mərkəz, 12 etno-butik, iki keramika və tətbiqi sənət mərkəzi, müxtəlif marketlər şəbəkələrində təşkil edilmiş 31 “ABAD” bakaleyaları və stendləri, 22 ədəd istehsal konteyneri, üç “ABAD Factory” istehsalat kompleksi və iki "ABAD" Məktəb vasitəsilə həyata keçirib.“ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb və bu günə kimi 534 ailəyə dəstək göstərib. Hazırda onlardan 419 sənətkarlıq, 102 qida və 13 digər istiqamətlərdə dəstək alırlar. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.Ötən dövr ərzində “ABAD” iri şirkətlər və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilə bilib. Əldə etdiyi qrantlar hesabına “ABAD” istehsal mərhələsinə qədəm qoymuş “ABAD”çıların 7.3 milyon manat dəyərində məhsulunun satışını həyata keçirib.Yaxın persprektivdə ölkədə fəaliyyət göstərən hotellərlə sıx əməkdaşlıq, həmçinin dəstək istiqamətlərinin və “ABAD”çıların sayının artırılması nəzərdə tutulur.


“ABAD” və “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə dəstək göstərəcək

8 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair Sazişin imzalanması mərasimi baş tutub. Saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PMD Hospitality” MMC-nin İdarə heyətinin sədri Samir Qurbanov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər.Ülvi Mehdiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı sosial-iqtisadi islahatlardan söz açıb. Diqqətə çatdırılıb ki, bu inkişafın gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədi ilə təsis edilən “ABAD” iri şirkətlərin və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilib.Samir Qurbanov “PMD Hospitality”nin idarəçiliyndə olan hotellərin geniş qonaqpərvərliyini nümayiş etdirməyə və "ABAD"çılara dəstək olub fərqli məhsullarını hotellərdə təqdim etməyə şirkətin hazır olduğunu vurğulayıb.Tərəflər Sazişin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.Sazişə əsasən “PMD Hospitality”ə məxsus obyektlərin tədarük ehtiyaclarının “ABAD”çıların istehsalı olan məhsullarla ödənilməsinə üstünlük veriləcək. Yerli, ekoloji təmiz, ailə təsərrüfatlarının istehsalı olan məhsullarla təchizatın gücləndirilməsi üçün sözügedən obyektlərin yerləşdiyi ərazilərin yaxınlıqlarında “ABAD”çıların formalaşdırılmasına dəstək göstəriləcək.“PMD Hospitality”nin portfelinə daxil olan hotellərdə “ABAD”çı sənətkarlar tərəfindən hazırlanmış suvenirlərdən, o cümlədən məişət və dekor məhsullarından istifadə ediləcək. Həmçinin qonaqların “ABAD”çı məhsulları ilə yaxından tanış olmaları və əldə edə bilmələri üçün həmin hotellərdə ABAD etno-butikləri fəaliyyət göstərəcək.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners