× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

"ABAD" “Gənc arıçı” layihəsində uğurla iştirak edir

“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Qəbələ rayonunda uğurla davam edir.Layihə IDEA İctimai Birliyi, “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində seçilən 20 gəncə və gənc ailəyə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim proqramı keçirilib.Təlimləri başa vuran gənclər rəsmi nümayəndələr, o cümlədən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev tərəfindən sertifikatlarla təltif olunub, onlara arıçılıq təsərrüfatı üçün lazım olan arı ailələri və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlar təqdim edilib və gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.Gənc arıçıların iki il ərzində təbii artım vasitəsilə pətək saylarının çoxaldılması üçün təsərrüfatları mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinq ediləcək və onlara zəruri məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatması üçün yeni arıçılara öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.Xatırladaq ki, layihə 2021-ci ildən icra olunmağa başlanıb. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.


“ABAD” sənətkarları beynəlxalq simpoziumda iştirak etdilər

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin rəssam-keramikaçıları Türkiyənin Avanos, Nevşehir bölgəsində “Heykəl və Divar keramikası” mövzusunda keçirilən 13-cü Beynəlxalq “Avanos” Tətbiqi Keramika Simpoziumunda (13UAUSS2024) iştirak ediblər. Qeyd olunan simpozium Avropa Keramika Marşurt Xəttinə üzv olan ölkələrdə keçirilən tədbirlər çərçivəsində, Nevşehir Hacı Bektaş Veli Üniversiteti, Avanos Keramika Tətbiqi və Araşdırma Mərkəzi və Avanos Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 24 iyun- 5 iyul 2024-cü il tarixlərində baş tutub. Simpoziumda Türkiyə, Rumıniya, Çin Xalq Respublikası və Yaponiya sənətçiləri ilə yanaşı, “ABAD”ın rəssam-keramikaçıları Kamran İbrahimxəlilov, Zaur Əhmədov və Asim Abbasov Azərbaycanı təmsil ediblər. Onların Şəki şəhəri və Azərbaycanda keramika sənətinin inkişafı mövzusunda təqdimatları simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbir müddətində hazırladıqları əl işləri isə xatirə olaraq Avanos Keramika Tətbiqi və Araşdırma Mərkəzinin balansına təqdim olunub. Simpoziumun son günü isə iştirakçılar Avanosun tarixi məkanları, dulusçuluq emalatxanaları ilə tanış olub və onlar üçün Kapadokya şəhər gəzintisi təşkil olunub. Sonda simpozium iştirakçıları sertifikatlarla təltif olunublar. 


“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Qəbələ rayonunda davam edir. İlkin mərhələ olaraq “Gənc arıçı” layihəsinin seçimləri baş tutub. Layihəyə qatılmaq üçün Qəbələ və ətraf rayonlardan 50-dən çox müraciət qəbul edilib. Onlardan 39-u iştirak üçün uyğun hesab edilərək seçim mərhələsinə dəvət alıb. Seçim turunda 20 gənc layihədə iştirak hüququnu qazanaraq təlimlərə cəlb olunub. Gənc arıçılar 22 may 2024-cü il tarixindən etibarən Qəbələ rayonunda keçirilən üç mərhələdən ibarət bir aylıq təlim müddətində nəzəri və praktiki biliklər əldə edəcək, təlim müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi ləvazimatlarla tam təchiz olunacaqlar. Növbəti mərhələdə isə iştirakçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək. Xatırladaq ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners