× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

“ABAD”çılar Yapon ənənəvi sənətkarlığı ilə yaxından tanış oldular

Məşhur sənətkar Mami Takahaşi Yaponiyasevərlər və “ABAD”çılar üçün Yaponiyanın ənənəvi sənət texnikalarının təqdimatını keçirib. Tədbir “ABAD” publik hüquqi şəxs və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 7 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində 17 noyabr 2023-cü il tarixində baş tutub. Tədbirin məqsədi ənənəvi sənətkarlığın təbliği və populyarlaşdırılması, sənətkarlıq üfüqlərinin genişləndirilməsi və təcrübə mübadiləsidir.Tədbiri “ABAD” publik hüquqi şəxsin direktoru cənab Rüfət Elçiyev və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cuniçi Vada açıq elan ediblər. Daha sonra xanım Takahaşi ənənəvi Yaponiya sənətləri – Kintsugi və Mokuhanga sənətləri üzrə təqdimat və master-klasını keçirib.Tədbir zamanı yapon sənətlərinin tarixi və fəlsəfəsi haqqında da geniş məlumat verilib. Qeyd edilib ki, Kintsugi sənəti qırılmış əşyaların, keramika qablarının qızıl tozundan istifadə edərək birləşdirilməsi və əvvəlkindən daha gözəl hala gətirilməsi sənətidir. Bu sənət növü qüsurların mükəmməlliyini kəşf etmək, qırılmanın əslində bir son deyil, yenidən mövcud olma, yeni həyata bir başlanğıc ola biləcəyini göstərir.Mokuhanqa isə ənənəvi yapon taxta blok çapı sənəti olub, su əsaslı xüsusi boyalardan istifadə olunan ksiloqrafiya sənətidir. Bu, eyni zamanda məşhur yapon qravür sənəti “Ukiyo”nun da əsasında duran incəsənət növüdür. Qərb dünyasında istifadə olunan taxta blok çapından fərqli olaraq, yağlı boyalardan deyil, məhz su əsaslı təbii boyalardan istifadə olunur və çoxsaylı rəng seçimi vardır.Tədbir sual-cavab sessiyasi ilə yekunlaşıb.


Bizi birləşdirən mədəni əlaqələr

“ABAD” publik hüquqi şəxs və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiyalı sənətkar Takahaşi Maminin ənənəvi sənət texnikaları üzrə ustad dərsləri keçiriləcək.Master-klas Kintsugi və Mokuhanga sənətlərinin nümayişini özündə əks etdirəcək. Kintsugi sənəti qırılmış əşyaların, keramika qablarının qızıl tozundan istifadə edərək birləşdirilməsi və əvvəlkindən daha gözəl hala gətirilməsi sənətidir. Dərin fəlsəfi anlam daşıyan sənət növü qüsurların mükəmməlliyini kəşf etmək, qırılmanın əslində bir son deyil, yenidən mövcud olma, yeni həyata bir başlanğıc ola biləcəyini göstərir.Mokuhanqa isə ənənəvi yapon taxta blok çapı sənəti olub, su əsaslı xüsusi boyalardan istifadə olunan ksiloqrafiya sənətidir. Bu, eyni zamanda məşhur yapon qravür sənəti “Ukiyo”-nun da əsasında duran incəsənət növüdür. Qərb dünyasında istifadə olunan taxta blok çapından fərqli olaraq, yağlı boyalardan deyil, məhz su əsaslı təbii boyalardan istifadə olunur və çoxsaylı rəng seçimi vardır.Ustad dərsləri “ABAD”çılar və digər həvəskarlar üçün 17 noyabr 2023-cü il, saat 19:00-da, 7 Saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Konfrans Zalında baş tutacaq. Qeyd edək ki, iştirak üçün onlayn qeydiyyat mütləqdir. Qeydiyyat üçün bu linkə müraciət ediə bilərsiniz.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners